SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 16-da Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva və digər rəsmi qonaqlar iştirak edib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov son illər ölkəmizdə çoxlu sayda məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva məktəb binalarının əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb.
Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil sahəsində görülən işləri alqışlayıb və övladlarının yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəbin açılışı münasibətilə lenti kəsib. Qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar, şagird və müəllimlərlə söhbət edərək fikir mübadiləsi aparıblar.
Məktəbdə “Çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet də yaradılıb.
Bakı şəhəri 194 saylı 1176 şagird yerlik tam orta məktəb binası, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərancamı ilə təsdiq edilmiş «2011-2014-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən Təhsil Nazirliyi tərəfindən inşa edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl