• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Prezident İlham Əliyev “Bilik Günü”ndə Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

Ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər və yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir.
“Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin açılışında iştirak etdilər.
Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.
Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik etdi.
Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.

www.president.az


10 il əvvəl