SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan idmançıları Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanıblar.
200-dən çox komandanın iştirak etdiyi II Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 5-i qızıl olmaqla 12 medal qazanıb. Nəticədə Azərbaycan ümumi hesabda 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb. Bununla, idmançılarımız öz uğurlu çıxışları ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına növbəti töhfələrini veriblər.
Sevindirici haldır ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qalib gələn idmançılar arasında Təhsil Nazirliyinin tabeliyində olan idman müəssisələrinin 4 yetirməsi var. Bayrağımızı qaldıran bu idmançılarla siz də tanış olun:
İqbal HacızadəTəhsil Nazirliyi Masallı Uşaq Gənclər İdman Mərkəzi
İdman növü: sərbəst güləş
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı;
Yeniyetmələr arasında Azərbaycan çempionu (2014);
yeniyetmələr arasında Avropa çempionu (2014);
yeniyetmələr arasında AGF Kubokunun gümüş mükafatçısı(2014);
yeniyetmələr arsında Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynaxalq turnirdə II yer (2014)
Natiq Qurbanlı 

Təhsil Nazirliyi Sumqayıt 2 saylı Uşaq Gənclər İdman Mərkəzi
İdman növü:cüdo
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı;
Yeniyetmələr arasında dünya çempionatı (ABŞ, 2013);
Avropa çempionatının burunc mükafatçısı (Estoniya, 2013);
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına Mayami hazırlıq lisenziyası
Leyla ƏliyevaTəhsil Nazirliyi 13 saylı Uşaq Gənclər İdman Mərkəzi
İdman növü: cüdo
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı;
Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı(ABŞ, 2013);
Avropa çempionu (Estoniya, 2013);
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına Mayami hazırlıq lisenziyası
Nazim BabayevTəhsil Nazirliyi 5 saylı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər atletika məktəb
İdman növü:atletkika(üçkanla tullanma)
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalçısı;
Avropa yeniyetmələrini Olimpiya Festivalinda I yer (Hollandiya, 2013);
Komandalararası Avropa çempionatında III yer (Gürcüstan, 2014);
Qafqaz kuboku yarışlarında III yer (Gürcüstan, 2014);
Yeniyetmələrin atletika üzrə Avropa Təsnifat Turnirində I yer Bakı(Azərbaycan);
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı Avropa Təsnifat Turnirində qazanib
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl