• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Nərgiz Mirzəyeva Azərbaycanda ilk dəfə keçirilən taekvondo üzrə Yeniyetmələr arasında I Dünya çempionatının qalibləri sırasına çıxıb.

37 kq çəki dərəcəsində  çıxış edən idmançımız ilk  görüşdə Avstraliya, Ukrayna və Rusiya təmsilçilərinə qalib gələrək yarımfinal mərhələsinə vəsiqəni təmin edib. Yalnız finala vəsiqə uğrunda mübarizədə Serbiya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb.
4 gün davam edən çempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu mübarizəyə qoşulub. Azərbaycan milli yığma komandası yarışa 18 idmançı ilə qatılıb.
Ümumilikdə qızlardan ibarət komanda hesabında medalların sayına görə İran milli komandası birinci, Türkiyə ikinci,  Çin üçüncü yeri, oğlanlardan ibarət komanda hesabında medalların sayına görə isə İran birinci,  Rusiya ikinci,  Cənubi Koreya üçüncü yeri tutub.


10 il əvvəl