SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki kurort-sağlamlıq kompleksində MDB ölkələrinin “Birliyin uşaqları” beynəlxalq illik mədəni-təhsil forumu keçirilib.
Forum MDB Parlamentlərarası Assambleyasının fəaliyyət planına uyğun olaraq ikinci ildir ki, təşkil olunur.
Tədbirin keçirilməsində əsas məqsəd mədəni-mənəvi ənənələri qoruyub saxlamaq, məktəbli və gənclərin nailiyyətlərini artırmaqla MDB-nin iştirakçı dövlətlərinin təmsilçiləri üçün yeni ünsiyyət mühitini formalaşdırmaq olub.
Beynəlxalq tədbirdə ölkəmizi Bakıdakı 160 nömrəli klassik gimnaziyanın müəllimi Larisa Doroşenko və bu təhsil müəssisəsinin 6 şagirdi təmsil edib. Azərbaycanlı şagirdlər gimnaziyaları haqqında təqdimat edib, virtual xalça-təyyarədə Azərbaycan üzrə səyahətə yollanıblar.
“Ekoloji mədəniyyət və mədəniyyətlərarası dialoqun ekologiyası” devizi altında təşkil olunan forumda Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan şagirdlər də iştirak edib.
Forumda interaktiv ekoloji layihələr həyata keçirilib, oyun-treninqlər, Qırğızıstanın görməli yerlərinə yürüş və ekskursiyalar təşkil olunub.
Sonda iştirakçılara sertifikat və xatirə hədiyyələri təqdim edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl