SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 21-də Təhsil Nazirliyində Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki fəaliyyətinin 5 illiyi münasibətilə proqramın bir qrup təmsilçisi ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov çıxış edərək görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edib. Nazir Akademik Təqaüdçülər Proqramının ölkəmiz üçün faydalı cəhətlərindən danışaraq bildirib ki, bu proqram çərçivəsində Bakı Dövlət Universitetində bir sıra ixtisaslar üzrə iş aparılır və müvafiq istiqamətdə böyük uğurlar əldə edilib. Nazir əlavə edib ki, son 5 ildə BDU ilə əməkdaşlıq çərçivəsində xaricdə təhsil almış 26 azərbaycanlı gənc, 6 əcnəbi professor bu proqramın maliyyə dəstəyini alaraq universitetin müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun dərslər tədris edib və təhsildə gedən islahatların birbaşa iştirakçıları olublar.
Misir Mərdanov proqramın təmsilçilərinə gördükləri faydalı işə görə təşəkkür edib, onun əhatə dairəsini daha da genişləndirilərək digər ali məktəblərin bu işə qoşulmasını məqsədəuyğun sayıb və layihənin həyata keçirilməsinə Təhsil Nazirliyinin hər zaman lazımi dəstək verəcəyini söyləyib.
Görüşdə söz alan Akademik Təqaüdçülər Proqramının region üzrə meneceri Magda Magradze səmimi qəbula və proqramın Azərbaycanda həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Xanım Magradze çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında məlumat verib, onun üstünlüklərindən danışıb.
Proqramın ölkə üzrə koordinatoru Raziyə İsayeva, Bakı Dövlət Universitetindən olan iştirakçıları görüşdə çıxış edərək Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik fəaliyyətindən, nailiyyətlərindən, cəlb olunmuş müəllimlər tərəfindən proqramın necə dəyərləndirilməsindən söz açıblar.
Çıxışlardan aydın olub ki, Akademik Təqaüdçülər Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində ali təhsildə aparılan islahatlara dəstək məqsədilə yaradılıb. Proqram fəaliyyət göstərdiyi ölkələrdə ali təhsildə gedən islahatlarda yaxından iştirak edir, akademik şəbəkəsinin yerli, regional və qlobal şəkildə qurulmasına yardımçı olur. Bu proqram həm universitet rəhbərlikləri, həm də gənc müəllimlərlə iş aparır, seçilmiş universitetlərin kafedralarında yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir, xaricdə təhsilini başa vurub vətənlərinə geri dönmüş gənc müəllimləri ali təhsil müəssisələrində işə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin Akademik Təqaüdçülər Proqramına cəlb edilməsi istiqamətində müəyyən işlər aparıldığı qeyd olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl