• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi, IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində Masallı rayonunda “Bəbirləri qoruyaq!” devizi altında ekoloji yay düşərgəsi təşkil olunub.

Astara, Lənkəran və Lerik rayonlarının dağ kəndlərinin ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdlərindən ibarət 30 məktəblinin iştirak etdiyi düşərgənin təşkilinin əsas məqsədi Azərbaycanın nadir növlərindən biri olan Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəbliləri bu növ haqqında məlumatlandırmaq və onun mühafizəsini təbliğ etmək olub.
Düşərgənin açılışında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşları Elşad Əsgərov, Sevinc Saruxanova, Heydər Əliyev Mərkəzinin şöbə müdiri Məhəbbət Mehdiyeva, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin əməkdaşı Nəzakət Heydərova, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) direktor müavini Lalə Dadaşova, Hirkan Milli Parkının, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək, məktəblilərə ətraf mühitin və nadir növlərin qorunmasına dair tövsiyələrini veriblər.
RETTM-in əməkdaşları tərəfindən tərtib olunmuş xüsusi proqram üzrə düşərgə iştirakçıları 3 gün müddətində bəbirlərin həyat tərzi, yayıldığı ərazilər, bioloji xüsusiyyətləri, təbiətdə əhəmiyyəti və tükənmə səbəbləri barədə ətraflı məlumatlandırılıblar.
Şəlaləyə ekskursiya zamanı gənc ekoloqlar Vudvissin bioindeks metodu vasitəsilə suyun təmizliyini təyin etmək üçün hidrobioloji tədqiqatlar aparıb və çirklənmə dərəcəsini müəyyən ediblər. Düşərgə iştirakçıları “Bəbir harada yaşayır?” mövzusunda ekoloji viktorinada biliklərini sınayaraq, rəsm müsabiqəsində və ekoloji oyunlarda fəal iştirak ediblər.
Düşərgənin yekununda iştirakçılara Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təsis etdiyi sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Qafqaz bəbirinin qorunmasına yönəlmiş layihəyə 2002-ci ildən WWF tərəfindən başlanılıb. Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verməkdədir.
Bu istiqamətdə görülən işlər sırasında 7 may 2014-cü il tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən pişikkimilər fəsiləsinə aid olan növlərə həsr olunmuş Qafqaz Biomüxtəlifliyi Sammiti xüsusi qeyd edilməlidir. 
Dünyanın qabaqcıl ekspertlərinin iştirakı ilə keçirilən Sammit Qafqazda məskunlaşan bəbirlərin qorunması istiqamətində atılan böyük addımlardan biri olub.
Bildirilib ki, konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva gənclərin dəstəyi olmadan ətraf mühitin qorunmasına ümid bəsləməyin çətin olduğunu vurğulayıb. 


10 il əvvəl