• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

SABAH qruplarına qəbul olmaq üçün keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb.

Müsabiqənin bu mərhələsi 06.07.2014-cü il tarixində Bakı şəhəri və Naxçıvan MR-də keçirilib. İmtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib. Bu mərhələdə namizədlərin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilib.
 II mərhələnin yekunlarına əsasən yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən aşağıdakı ixtisaslar üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə mərhələsinə buraxılırlar:
1. 050103- Xarici dil müəllimliyi
2. 050104- Fizika müəllimliyi*
3. 050105- Riyaziyyat və informatika müəllimliyi
4. 050106- Riyaziyyat müəllimliyi*
5. 050111- Kimya müəllimliyi
6. 050212- Hüquqşünaslıq
7. 050213- Beynəlxalq münasibətlər
8. 050401- Dünya iqtisadiyyatı
9. 050402- Mühasibat uçotu və audit
10. 050403- Maliyyə
11. 050404- İqtisadiyyat
12. 050407- Menecment**
13. 050409- Biznesin idarə edilməsi**
14. 050504- Kimya
15. 050509- Kompüter elmləri
16. 050606- Neft-qaz mühəndisliyi
17. 050607- Neft-qaz qurğuları mühəndisliyi
18. 050608- Elektroenergetika mühəndisliyi
19. 050631- Kompüter mühəndisliyi
20.050632- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
21. 050633- Memarlıq
22.050634- İnşaat mühəndisliyi
23.050636- Nəqliyyat tikintisi mühəndisliyi
24. 050641- Kimya mühəndisliyi
“Təhsil” və “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib.
* “Təbiət” ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə  ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.
** “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan marketinq və kommersiya ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.
Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcəkdir.
 


10 il əvvəl