SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
8-9 iyul 2014-cü il tarixlərində Bakıda Təhsil Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda kvalifikasiyaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Milli İxtisas Çərçivəsində (MİÇ) kvalifikasiyalar, kvalifikasiya standartları ilə bağlı yeni anlayışlar və müxtəlif kvalifikasiya növlərinə dair ümumi məlumat verilib. Eləcə də, tədbirdə kvalifikasiya standartları və kurikulumların strukturu, məzmunu və MİÇ ilə uyğunluğu ümumi, ilk peşə-ixtisas, ali və əlavə təhsil üzrə təhlillər aparılıb və təkmilləşdirici tövsiyələr verilib.
Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və Avropa Təlim Fondunun nümayəndələri, eləcə də müxtəlif təhsil müəssisələrinin, QHT və özəl sektorun təmsilçiləri iştirak ediblər.
Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov bildirib ki, Azərbaycanda kvalifikasiya sistemində islahatlara dair bir sıra təşəbbüslər irəli sürülüb. Bu məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əksini tapıb. Milli İxtisas Çərçivəsi sənədinin ilkin variantı beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb və təsdiqlənmək üçün hökümətə təqdim olunub.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Rza Zülfüqarzadə, Avropa Təhsil Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani, kvalifikasiya sistemləri üzrə baş mütəxəssis Arjen Deyj çıxış edərək peşə və kvalifikasiya standartlarının hazırlanmasında biznes-təhsil əməkdaşlığının gücləndirilməsinin, digər qurumların, sosial partnyorların iştirakının zəruriliyini vurğulayıblar.
Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində təhsilin hər bir pilləsi üzrə mövcud vəziyyəti, kvalifikasiya standartları, kurikulumlar üzrə çatışmazlıqları müzakirə edib, mövcud problemlər və perspektivlərlə bağlı müvafiq təkliflər səsləndiriblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl