• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 21-də Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən ibarət komandalar və onların rəhbərləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpadalara hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti müzakirə etmək və qarşıda duran müvafiq məsələləri aydınlaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, kimya, fizika, biologiya və informatika fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcəkdir. Beynəlxalq olimpiadalar müvafiq olaraq, riyaziyyat üzrə 3-13 iyul 2014-cü il tarixində Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyul 2014-cü il tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul 2014-cü il tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul 2014-cü il tarixində İndoneziyada və informatika üzrə 13-20 iyul 2014-cü il tarixində Tayvanda təşkil olunacaqdır.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini qeyd edib. Nazir müavini beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin həmin bilik yarışlarında Azərbaycanı təmsil edəcəyini bir daha xatırladaraq, onların uğur qazanacağına və yüksək nəticələr əldə edəcəyinə ümid bəslədiyini bildirib.
Sonda tədbirdə iştirak edən mütəxəssislər çıxış edərək şagirdlərin beynəlxalq olimpiadalara hazırlaşması üçün Təhsil Nazirliyi tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.


10 il əvvəl