SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzi yarışlarda növbəti uğurları ilə fərqlənib.
Qəbələ İcra Hakimiyyəti ilə “Qəbələ” İdman Klubunun uşaq və yeniyetmələr arasında təşkil etdiyi cüdo üzrə açıq turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri komanda hesabında fəxri kürsünün ilk pilləsinə çıxıblar. Yerli “Qəbələ” İdman Klubunun təmsilçiləri medal sayına görə ikinci yerə sahib olublar. Zaqatala rayonunun komandası isə III yerlə kifayətlənib. Ümumilikdə, yarışda 187 cüdoçudan ibarət 17 komanda mübarizə aparıb.
Turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin 13-16 yaşlı idmançılarından Murad Abuşov (38 kq), 11-12 yaşlı uşaqlar arasında Təyyub Abdullayev (27 kq), Nahid İsmayılov (34 kq), Murat Əlizadə (46 kq), Mətin Rzazadə (42 kq), 7-10 yaşlılar arasında Nicat Vəliyev (30 kq) , Məhəmməd Hacılı (25 kq), İbrahim Paşayev (+42 kq) I pillənin sahibi olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl