• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 19-da Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, YUNİSEF və BP-nin iştirakı ilə “Təhsil sahəsində tərəfdaşlar” adlı layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə prezidenti Qordon Birel, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, layihə çərçivəsində yeni, yüksək effektivliyə malik hərtərəfli, “uşaqların mənafeyini düşünən” məktəb modelləri hazırlanacaq. Həmin məktəblərdə erkən dövrdə inkişaf, inkluziv təhsil, fəlakət riskinin azaldılması, sanitariya və gigiyena sahələrində müxtəlif nümunəvi modellər hazırlanaraq sınaqdan keçiriləcəkdir. Həmçinin, yaradılması nəzərdə tutulan Ailə Təhsil Mərkəzləri vasitəsilə bir sıra zəruri sosial xidmətlər ailələrə çatdırılacaqdır. Layihəyə uyğun olaraq, infrastrukturun inkişafı, kurikulumların ehtiyaclara uyğunlaşdırılması, normativ-hüquqi bazanın təhlilinin aparılması və digər zəruri dəyişikliklərin edilməsi də nəzərdə tutulub.
 Mərasimin sonunda Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və YUNİSEF arasında “Təhsil sahəsində tərəfdaşlar” layihəsi çərçivəsində əməkdaşlığa dair birgə Fəaliyyət Planı imzalanıb.


10 il əvvəl