• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb.

Belə ki, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. Həmçinin, Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə,  təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib.
Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.


10 il əvvəl