• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 31-də Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib.

 Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər iştirak edib.
“Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşünün formalaşdırılması olduğunu bildirib. Bu gündən məzunların həyatında yeni mərhələnin açıldığını xatırladan təhsil naziri onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb. “Son zəng” münasibətilə məzunları təbrik edən nazir onlara gələcək həyatlarında uğur və nailiyyətlər qazanmağı arzulayıb.
Sonra məzunları təbrik edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bugünün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu və təhsil yolunun vacib pilləsini təşkil etdiyini qeyd edib.
 Daha sonra gimnaziyanın məzun və şagirdləri çıxış edərək onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər.
Mərasim gimnaziya şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, Gimnaziya 1946-cı ildə Bakı şəhəri Abşeron rayonunun 145 nömrəli məktəbi kimi fəaliyyətə başlayıb. 1990-cı ildən isə məktəbə Təbiət Elmləri Təmayüllü Gimnaziya adı verilib. Hazırda gimnaziyada 730 şagird təhsil alır və 61 müəllim çalışır. Hər il bu məktəbin məzunlarının 94-100 faizi ali məktəblərə qəbul olur. Gimnaziya şagirdləri hər il respublika və beynəlxalq səviyyəli olimpiadalarda yer tuturlar. İki dəfə “İlin ən yaxşı məktəbi” adına layiq görülən gimnaziyanın müəllimləri arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri olanlar da var. 


10 il əvvəl