SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 29-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Qaliblərə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları verilib, həmçinin qiymətli hədiyyələr təqdim olunub.
Artıq bir neçə ildir ki, ənənəvi olaraq, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilir.
Festivalın keçirilməsində məqsəd tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir.
Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənətin və mədəniyyətin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.
Festivalda Təhsil Nazirliyi sistemindəki ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə fəaliyyət göstərən özfəaliyyət yaradıcılıq kollektivləri, xor, xalq çalğı alətləri ansamblları, tək ifaçılar, aşıq musiqisi ifaçıları, müğənni, rəqqaslar, bədii qiraətçilər iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr edilmiş builki festivalda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Univeriteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universitetinin bədii özfəaliyyət kollektivləri iştirak edib.
Münsiflər heyəti festivalda iştirak edən kollektivlərin və tək ifaçıların arasından 33 qalib və 22 fəal iştirakçını müəyyənləşdirib.
Festivalın yekun konserti mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında qaliblərin iştirakı ilə baş tutub. Konsertdə Təhsil Nazirliyinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Bəstəkarlar İttifaqınin rəhbər şəxsləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl