SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 28-də “Bayıl Arena” stadionunda Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATTF) birgə təşkilatçılığı ilə keçirilən “Təhsil Kuboku” uğrunda futbol yarışının final mərhələsi keçirilib.
Dövlət himninin səsləndirilməsindən sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandaları arasında final görüşü başlayıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb. Hakimlərin qərarı ilə ayrılmış əlavə vaxtda da qalibi müəyyən etmək mümkün olmayıb. Qapılara təyin edilmiş 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandası 4:1 hesabı ilə Bakı Dövlət Universitetinin komandasına qalib gələrək yarışın qalibi olub.
Aprelin 5-dən başlayaraq 29 ali məktəbin futbol komandaları arasında keçirilən futbol yarışının nəticələrinə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası I yerə -“Təhsil Kuboku”na layiq görülüb. Bakı Dövlət Universitetinin futbol komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası III, Azərbaycan Dövlət Neft Akademiyasının komandası isə IV yeri tutub.
Daha sonra qalib komandaların mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyi, ATTF, AFFA rəsmilərinin və idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandasına “Təhsil Kuboku” təqdim edilib.
İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub və onlara hədiyyələr verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl