• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” studiyasının üzvləri Müasir İncəsənət Muzeyində “Bizim rəngarəng dünyamız” mövzusunda rəsm sərgisi təşkil ediblər.

Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Sərgidə “Rəsm” studiyasının 5-18 yaşlı dərnək üzvlərinin rəsm işləri nümayiş etdirilib. Dərnək üzvləri arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar da var. Rəsm işləri milli üslubda olan kompozisiyalar, təbiət rəsmləri, sualtı aləm, nağıllara illüstrasiyalar və s. kimi mövzularda çəkilib. Peyzaj, miniatür, qrafika, abstrakt, portret və batika kimi janrlarda çəkilən rəsmlər sulu boya, akvarel, quaş, pastel, tuş, akril ilə işlənib.
Sərgini giriş sözü ilə Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti açaraq tədbirin yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qonaqlar gənc rəssamlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıblar. 
Tədbirdə mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının üzvləri Nərmin Abdullayevanın müəllifi olduğu geyim kolleksiyasını nümayiş etdiriblər. Gənc rəssamlar isə qonaqları sərgidəki rəsm əsərləri ilə ətraflı tanış edərək onların çoxsaylı suallarını cavablandırıblar.


10 il əvvəl