SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Futbol üzrə ali təhsil müəssisələri arasında keçirilən “Təhsil Kuboku” yarışının 1/4 mərhələsinin oyunları başa çatıb.
29 ali məktəbin futbol komandalarının mübarizə apardığı Kubokun finalına 2 komanda çıxıb. Bunlar Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. 3-cü və 4-cü yerlər uğrunda Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası mübarizə aparacaqlar. Final oyunu mayın 28-də “Bayıl Arena” stadionunda keçiriləcək.
Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil Kuboku” çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda baş tutub.
“Təhsil Kuboku” futbol yarışını keçirməkdə məqsəd tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasını formalaşdırmaq, Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə tələbələrdən ibarət futbol komandalarının iştirakını təmin etməkdir.
İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunacaq və onlara hədiyyələr veriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edəcək.

10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl