SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, istedadlı tələbələrin aşkara çıxarılmasına xidmət etdiyini bildirib. Nazir ölkəmiz müstəqillik əldə etdikdən sonra 14-cü dəfə təşkil edilən bu olimpiadanın əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, 2003-cü ilə qədər olimpiada 4 fənn üzrə (riyaziyyat, fizika, kimya və informatika) keçirilib, 2003-cü ildə olimpiada fənləri sırasına Azərbaycan dili, Azərbaycan tarixi və xarici dillər (ingilis, fransız, alman) daxil edilib. 2004-cü ildə Azərbaycan coğrafiyası, 2009-cu ildə isə rus dili fənləri əlavə olunub.2007-ci ildən etibarən Təhsil Nazirliyi ali məktəb tələbələrinin fənn olimpiadasını Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirir.
Misir Mərdanov tələbələrin fənn olimpiadasına marağının artdığını, bununla bağlı statistik rəqəmləri diqqətə çatdırıb, ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında iştirak etmək hüququnu 28 ali məktəbdən 544 tələbənin qazandığını qeyd edib. Nazir bildirib ki, olimpiadada Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil ocaqları da iştirak edir.
Son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün lazımi şərait yaradıldığını bildirən nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə geniş danışıb, bütün bunların Azərbaycan təhsilinin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya bariz nümunə olduğunu vurğulayıb.
Təhsil naziri daha sonra çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın ali təhsil sahəsində məqsədyönlü işlərin aparılmasına, uğurlu nəticələrin əldə olunmasına hərtərəfli imkan yaratdığını vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov XIV Respublika fənn olimpiadasında iştirak edən ali məktəb tələbələrinə uğurlar arzulayıb.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması, biliklərinin artırılması istiqamətində həyata keçirilən olimpiada, müsabiqə və elmi konfransların əhəmiyyətindən danışıblar.
Mərasimin sonunda təhsil nazirinin müavini İradə Hüseynova təşkilati məsələlərlə bağlı məlumat verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl