• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin MƏLUMATI

Xəbər verildiyi kimi bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılmışdır.
İctimai rezonans doğuran həmin informasiyada göstərilən xüsusatlar üzrə Təhsil Nazirliyi, polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparılmışdır.
İlkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyyəsindən xəsarət alması qənaətinə gəlinmiş və bu barədə mayın 20-də Daxili İşlər Nazirliyi, mayın 21-də səhər saatlarında isə Təhsil Nazirliyi tərəfindən  ictimaiyyətə geniş açıqlama verilmişdir. Araşdırmaların obyektivliyinin təmin edilməsi məqsədi ilə internat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılmışlar.
Araşdırmalar zamanı N.Cavadovun yıxılma nəticəsində xəsarət alması xüsusatı özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiq edilmişdir.
Lakin, mayın 21-də axşam saatlarında bəzi informasiya agentlikləri və sosial şəbəkələrdə N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilmişdir. Bununla bağlı aparılmış araşdırmalar zamanı N.Cavadov və onun valideyni izahatlarında məktəbin müəllimi tərəfindən aldadılaraq onun və digər şagirdlərin guya məktəbin direktoru A.Əsgərova tərəfindən döyülməsi barədə yalan məlumat verməyə təhrik edildiyini bildirmişlər.
Sağlamlıq imkanı məhdud olan N.Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğundan fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə N.Cavadovun döyülüb-döyülməməsinin müəyyənləşdirilməsi məqsədi ilə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


10 il əvvəl