SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Məzun-2014” ümumrespublika yarmarkası keçirilib.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat və Sənaye Naziriyinin dəstəyi ilə “Sənaye ili” çərçivəsində təşkil olunmuş yarmarkada 100-dən çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və ADİU-nun rektoru Ədalət Muradov iştirak edib, yarmarkaya baxış keçiriblər.
Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər vakant iş yerləri haqqında təhsil nazırinə məlumat veriblər. Nazir işaxtaranların peşə seçimi ilə maraqlanıb və onlara düzgün seçim etmələrini tövsiyə edib.
“Məzun-2014” yarmarkasında iştirakçıların sayına görə rekord göstərici qeydə alınıb. Belə ki, tədbirdə 2500-ə qədər məzun iştirak edib. Eyni zamanda 12 ölkənin (ABŞ, Türkiyə, Rusiya, Kanada, Böyük Britaniya, Almaniya, Avstriya, Estoniya, Litva, Bolqarıstan, Ukrayna, Gürcüstan) 67 universitetinin məzunu da yarmarkaya qatılıb.
“Məzun-2014” yarmarkasında gənclərə 1000-ə yaxin vakant iş yerləri təklif olunub ki, bu da indiyə kimi qeydə alınmış ən yüksək göstəricidir. Yarmarkada məzunların dövlət və biznes qurumlarının nümayəndələri ilə görüşləri təşkil edilib. Ən qabiliyyətli və perspektivli məzunlar daimi və müvəqqəti iş yerləri ilə təmin ediləcəklər.
Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, stajkeçmə, təqaüd və təcrübə proqramları da təqdim ediblər.
Tədbir çərçivəsində Bakıdakı 132-134 saylı təhsil kompleksinin XI sinif şagirdlərinin yarmarka ilə tanışlığı da təşkil olunub. Məqsəd şagirdlərin gələcək peşə seçimlərində iqtisad yönümlü ixtisaslara marağını artırmaqdan ibarətdir.
Həmçinin, yarmarkada ADİU-nun Tələbə Gənclər Təşkilatı ilə “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan yeniyetmələrin hazırladığı rəsm və tətbiqi sənət işlərindən ibarət satış-sərgisi də keçirilib. Sərgidə satılan əl işlərindən yığılan vəsait ehtiyacı olan şəxslərə veriləcək. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və onların yaradıcılıq potensialının üzə çıxarılmasıdır.
Bundan başqa, gün ərzində tələbə və məzunlar üçün özəl şirkətlər tərəfindən müxtəlif uduşlu lotoreyalar, hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar və digər həvəsləndirmə tədbirləri həyata keçirilib.
Yarmaka bitdikdən sonra müraciət edən bütün məzunların şəxsi məlumatları dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl