SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Coca-Cola” şirkətinin 7-ci və 9-cu sinif şagirdləri arasında birgə keçirdiyi "Coca-Cola Məktəbli Kuboku" futbol yarışının 7-ci siniflər üzrə qalibi müəyyənləşib.
2013-2014-cü il mövsümünün 7-ci siniflər üzrə final qarşılaşması Hövsan Olimpiya Kompleksində baş tutub. Nərimanov rayonu 177 saylı orta məktəbin komandası ilə Bərdə rayon 3 saylı orta məktəbin komandasının final görüşü gərgin mübarizə şəraitində keçib və 177 saylı məktəbin şagirdləri bərdəliləri 2-1 hesabı ilə üstələyiblər. Sabirabad rayonu 3 saylı orta məktəbin komandası turniri 3-cü yerdə başa vurub.
9-cu siniflər üzrə final oyunu isə mayın 26-da Bayıl Arenada keçiriləcək.
Qeyd edək ki, Kubok oyunları 2013-cü ilin sentyabrında başlayıb. Yarış Azərbaycanın bütün rayonlarının məktəblərini əhatə edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl