SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Futzal üzrə UEFA kubokunun final mərhələsində iştirak etmək üçün Bakıya səfər edən komandaların məşqçi və futbolçu heyətinin məktəblilərlə görüşləri keçirilib.
İspaniyanın "Barselona" klubunun təmsilçiləri "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində, Rusiyanın "Dinamo" klubunun üzvləri Keşlə qəsəbəsindəki 201 saylı orta məktəbdə, təmsilçimiz "Araz" komandasının üzvləri Xətai rayonundakı 269 saylı orta məktəbdə, Qazaxıstanın “Kayrat” komandasının oyunçuları 189 saylı orta məktəbdə olublar. Şagirdlərlə görüşən futbolçular onlara avtoqraf veriblər, topla davranış bacarıqlarını nümayiş etdiriblər, həvəskar oyunçulara ustad dərsi keçiblər.
AFFA-nın təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu görüşlərdə məqsəd futzalın kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsindən ibarətdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl