• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 24-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri və Tətbiqi Sənət Salonunda “Hollandiya – güllər ölkəsinə səyahət” mövzusunda keçirilən rəsm sərgisinə yekun vurulub.

Azərbaycanda Hollandiya günləri çərçivəsində təşkil olunan sərgidə Bakı şəhər məktəblilərinin ümumilikdə, 300-ə yaxın rəsm işi nümayiş etdirilib.          
Tədbirdə Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Holland rəssamlarının da iştirak etdiyi yekun mərasimində məktəblilərə Niderland Krallığının ölkəmizdəki səfirliyinin sertifikatı və xatirə hədiyyələri təqdim olunub. Rəsm işləri arasında ən yaxşı 3 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Xüsusi qabiliyyəti ilə seçilən şagirdlərə isə holland rəssamları tərəfindən ustad dərsləri keçiriləcəkdir.
Qeyd edək ki, sərgidə seçilmiş 26 rəsm işi “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunda təşkil olunacaq “Avrokənd” mədəni-kütləvi tədbirində nümayiş olunacaqdır. 


10 il əvvəl