• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 21-də təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun 1, 2, 7 nömrəli və Cülyan kənd tam orta məktəblərin evdə fərdi təhsil alan şagirdləri ilə görüşüb.

Təhsil nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbulu ilə bağlı  İsmayıllı şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşdə evdə fərdi təhsil alan şagirdlərin valideynləri, müəllimlər və distant təhsil üzrə mütəxəssislər də iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması məsələsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Təhsil Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan nazir İsmayıllı rayonunda məsafədən təhsil layihəsinin uğurla icra edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Nazir qeyd edib ki, məsafədən təhsilin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompüterdən və elektron resurslardan istifadə bacarıqlarını artırmaqdan ibarətdir.
Distant təhsil üzrə mütəxəssis Maral Vəliyeva evdə təhsilin təşkili ilə bağlı təqdimat-məruzə ilə çıxış edib.
Valideyn Bayram Rzayev sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün evdə təhsilin təşkili istiqamətində Təhsil Nazirliyinin apardığı məqsədyönlü tədbirlərə görə minnətdarlığını bildirib. 
 


10 il əvvəl