• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 18-də Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Dövlət Neft Şirkətinin nümayəndələri, Schlumberger şirkətinin təmsilçiləri, müəllimlər və valideynlər iştirak ediblər.
Nəzərə çatdırılıb ki, məktəbin biologiya kabineti xüsusi laboratoriya cihazları və kompüter avadanlıqları ilə təchiz olunub.
Sonra qonaqlar təhsil müəssisəsinin biologiya fənn lobaratoriyası və orada quraşdırılmış avadanlıqlarla yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən Schlumberger şirkəti neft və qaz yataqlarının işlənməsi üzrə bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Şirkət gənc nəslin inkaşafına xidmət edən layihələrin gerçəkləşdirilməsinə xüsusi önəm verir. Schlumberger şirkətinin reallaşdırdığı SEED təhsilə dəstək proqramı çərçivəsində müxtəlif ölkələrin ümumtəhsil məktəbləri fənn laboratoriyaları, tədris ləvazimatları, kompüter və internetə çıxış imkanları ilə təmin olunur.


10 il əvvəl