• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 11-də Təhsil Nazirliyi Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında Novruz bayramına həsr olunmuş “Çərşənbələrimiz” adlı konsert keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər, valideynlər və məktəblilər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd dərnək üzvü olan məktəblilərin bacarıqlarını nümayiş etdirmək və valideynlərə övladlarının ifasını izləmək imkanı yaratmaqdan ibarətdir. Məktəblilərin təhsildən kənar vaxtının səmərəli təşkili məsələsinə diqqətlə yanaşan Təhsil Nazirliyi bu konsertdə də müəllim-valideyn əməkdaşlığının inkişafına mühüm əhəmiyyət verdiyini bir daha nümayiş etdirib.
Konsertdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü olan məktəblilər Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompazisiyalar nümayiş etdiriblər. Məktəblilərin milli rəqsləri və müxtəlif çalğı alətlərində məharətlə ifa etmələri də maraqla qarşılanıb.
Bədii hissədən sonra çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti övladlarının dərnəklərdəki məşğulluğunu daim dəstəkləyən fəal valideynlərə təşəkkürünü bildirib və onların Təhsil Nazirliyinin diplomları ilə təltif edildiyini nəzərə çatdırıb.


10 il əvvəl