• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru vəzifəsinə təyin olunmuş Yusif Yusibov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Yusif Yusibovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir son 10 ayda Gəncədə dördüncü dəfə olduğunu bildirib. Gəncənin Avropa “Gənclər paytaxtı” seçilməsini böyük uğur kimi vurğulayan təhsil naziri qeyd edib ki, biz hamımız müstəqil Azərbaycanın əldə etdiyi uğurların fəal iştirakçısıyıq. Dövlətimiz təhsil sahəsində də bir sıra ciddi nailiyyətlərə imza atıb.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" layihəsinin əhəmiyyətinə toxunan təhsil naziri yüksək ixtisaslı müəllim hazırlığı məsələsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu söyləyib.
GDU-nun rektoru Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq, ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini bildirib. Rektor yeni təyinatına görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni təyinat münasibətilə Yusif Yusibovu təbrik edərək bildirib ki, GDU zəngin ənənələri olan ali məktəbdir. Yeni rəhbərliyin kollektivə yeni ruh gətirəcəyinə əminliyini ifadə edən E.Vəliyev məcburi köçkünlərin tələbə yataqxanalarından köçürülməsinin tələbələrin tədris şəraitinin yaxşılaşmasına səbəb olacağını nəzərə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 184 elmi və tədris-metodiki əsərin müəllifi və həmmüəllifidir.
1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1981-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.
1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib.


10 il əvvəl