SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yusif Yusibov Gəncə Dövlət Universitetinin (GDU) rektoru vəzifəsinə təyin olunub.
Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 184 elmi və tədris-metodiki əsərin müəllifi və həmmüəllifidir.
1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1981-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.
1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl