• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə təhsil alan şagirdlərin tədris-istehsalat təcrübəsində müasir texnologiyalardan istifadə olunur.

Təhsil Nazirliyi və “Eldar studio” şirkətinin dəstəyi ilə cari tədris ilinin əvvəlində istifadəyə verilmiş tədris emalatxanasında şagirdlərə peşəkar mütəxəssislər tərəfindən praktiki bilik və bacarıqlar öyrədilir. Müasir avadanlıqlarla təchiz edilmiş tədris emalatxanasının dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınıb.
“Bərbər” ixtisası üzrə təhsil alan şagirdlərin əldə etdikləri bilik və bacarıqların yekun imtahan zamanı yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulur. Belə ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqları yoxlanılacaqdır.

Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində
18 nömrəli Bakı Peşə Liseyində “Bərbər”  ixtisası üzrə təhsil alan şagirdlərin
 tədris-istehsalat təcrübəsi
 


10 il əvvəl