• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən 2 fevral – Gənclər Günü münasibətilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət rayon komandaları arasında mini futbol, voleybol, basketbol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilib.

Belə ki, respublikanın əksər rayon və şəhərlərini təmsil edən komandalar “Vətən” Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində mini futbol, Bakıdakı 88 nömrəli orta məktəbdə voleybol, 164 saylı orta məktəbdə basketbol, 1 saylı Uşaq-Gənclər İdman Məktəbində şahmat və dama, “Təhsil” Respublika İdman Mərkəzində stolüstü tennis üzrə güclərini sınayıblar.
Mini futbol üzrə yarışlarda paytaxtın Xətai rayonunun komandası I, Nizami rayonunun komandası II, Nərimanov rayonunun komandası isə III yerə layiq gorülüb.
Qızlar arasında basketbol yarışlarında Xətai rayonunun komandası I, Səbail rayonunun komandası II, Nəsimi rayonunun komandası III yeri tutub. Basketbol üzrə oğlanlar arasındakı qarşılaşmada Nəsimi rayonunun komandası I, Qaradağ rayonunun komandası II, Xətai rayonunun komandası III yerə layiq görülüb.
Məktəblilərin voleybol yarışları daha gərgin mübarizə şəraitində keçib. Belə ki, qızlar arasında Xətai rayonunun komandası I, Şəki şəhərinin komandası II, Qax rayonunun komandası isə III yerə layiq oyun nümayiş etdirib. Oğlanlar arasındakı voleybol oyunlarında Salyan rayonunun komandası I, Şəki şəhərinin komandası II, Kürdəmir rayonunun komandası III yeri tutub.
Şahmat üzrə məktəblilərin qarşılaşmasında Mingəçevir şəhərinin komandası I, paytaxtın Nizami rayonunun komandası II, Quba rayonunun komandası isə III yerə layiq görülüb.
Dama yarışlarında Suraxanı rayonunun komandası I, Xətai rayonunun komandası II, Oğuz rayonunun komandası isə III yeri tutub.
Stolüstü tennis üzrə qarşılaşmalarda Şabran rayonunun komandası I, paytaxtın Nizami rayonunun komandası II, Nərimanov rayonunun komandası isə III yerə layiq görülüb.


10 il əvvəl