SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının təhsil naziri “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə” əmr imzalayıb.
Əmr dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramına) uyğun hazırlanması və qeyd olunan prosesin səmərəli təşkil olunmasını təmin etmək məqsədlərinə xidmət edir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir. Bu baxımdan “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları” təhsil müəssisələri üçün dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin müasir tələblərə uyğun tənzimlənməsinə imkan verəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl