• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 27-də 12 nömrəli Bakı Peşə Liseyində Gənc kulinarların birinci ümumrespublika çempionatı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birlikdə təşkil etdiyi müsabiqə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri komandalarının iştirak etdiyi müsabiqə kulinariya üzrə təhsil alan gənclərin peşə vərdişlərinin inkişafı və istedadlı gənc kulinarların beynəlxalq müsabiqələrə hazırlanması məqsədlərinə xidmət edir.
Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, müsabiqəyə qatılmış komandaların təmsil etdikləri təhsil müəssisələrinin nümayəndələri, müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər.
Tədbirin sonunda müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub.


10 il əvvəl