SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il - “Uşaq ili” çərçivəsində “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq qonaqları salamlayıb və sözü təhsil nazirinin müavini Elmar Qasımova verib.
Elmar Qasımov keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib və hazırda qlobal bəlaya çevrilən narkomaniyanın geniş yayılmasından, onun müasir dövrdə ciddi problemə çevrilməsindən bəhs edib. E.Qasımov mövcud problemə qarşı mübarizə aparılması işində təhsil müəssisələrinin rolunu diqqətə çatdıraraq, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların digər zərərli vərdişlərdən xilas olması üçün müxtəlif elmi-kütləvi tədbirlərə cəlb edilməsinin, ali məktəblərdə də bu istiqamətdə müvafiq iş aparılmasının vacibliyini vurğulayıb. Problemin aradan qaldırılması yollarından danışan nazir müavini yeniyetmələrə yaş dövrləri ilə əlaqədar təhsil müəssisələrində və ailədə daha artıq diqqət göstərilməsi məsələsinə də toxunub.
Sonra Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri Ruhəngiz Rzayeva “Narkomanlığın profilaktikasında yeni pedaqoji üsulların tətbiqi” mövzusunda məruzə edib.
Tədbirdə Milli Məclisin üzvü Fuad Muradov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev və başqaları bu qlobal bəlanın qarşısının alınmasında dövlət orqanlarının, təhsil ocaqlarının gördüyü işlərdən, pedaqoji kollektivlərin və valideynlərin qarşısında duran vəzifələrdən danışıblar.
Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl