• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Yubiley mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Timuçin Əfəndiyev və digər ali məktəb rektorları iştirak ediblər.
İlk öncə ADMİU-nun 90 illik yubileyinin keçirilməsi və universitet əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları oxunub.
ADMİU-nun rektoru Timuçin Əfəndiyev mərasim iştirakçılarını salamlayıb və rəhbərlik etdiyi ali məktəbin 90 illik yubileyinin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini çatdırıb.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov 90 illik yubiley münasibəti ilə ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təltif olunmuş və Təhsil Nazirliyinin Fəxri fərmanına, eləcə də «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanına layiq görülmüş universitet əməkdaşlarını təbrik edib.
Yubiley münasibəti ilə təbriklərini çatdıran mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev ADMİU-nun səmərəli fəaliyyəti sayəsində ölkəmizin mədəniyyət müəssisələri üçün ixtisaslı mütəxəssislərin hazırlandığını nəzərə çatdırıb.
Sonra çıxış edən Avropa  İncəsənət Universitetləri Liqasının (ELİA) baş direktorunun müavini Şelte van Ruyten, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tatyana Kuznetsova, Türkiyənin Harran Universitetinin rektoru İbrahim Xəlil Mutlu, Gürcüstan İncəsənət Universitetinin rektoru Levon Xetakuri, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Sonda ADMİU-nun kollektivi adından ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
Daha sonra isə yubiley mərasimi bədii hissə ilə davam etdirilib.


10 il əvvəl