• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan hədəflərə dair kütləvi informasiya vasitələrində bəzən əsassız yanaşmalara və fikirlərə rast gəlinir. Bu isə ictimaiyyətdə çaşqınlığa səbəb olur və yanlış fikirlərin formalaşmasına gətirib çıxarır.

Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi məsələsi bəzi mətbuat orqanlarında yanlış olaraq ali məktəblərdə ödənişli təhsilin ləğv edilməsi kimi əks olunub. Əslində isə Təhsil Nazirliyinin saytında, həm də facebook səhifəsində yerləşdirilmiş Dövlət Strategiyasının elektron versiyasında və təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan müəllimlərinin XIV qurultayındakı çıxışında da qeyd olunan məsələ ilə bağlı məqamlar öz əksini tapıb. Həmin müddəa, həmçinin Dövlət Strategiyasında qeyd olunduğu kimi, ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi ilə bağlıdır. Qeyd olunan məsələni həll etməklə təhsil müəssisələrində sağlam rəqabətin formalaşdırılmasına, ali təhsil müəssisələrinin illik büdcəsinin kifayət qədər artmasına nail olmaq mümkündür. Adambaşına maliyyələşmə prinsipini tətbiq etməklə, ilk olaraq vəsait tələbənin seçiminə görə ali təhsil müəssisələrinə yönəldilir. Bununla da ali təhsil müəssisələrinin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Həmin təhsil müəssisələrində tələbələrin sayı artır.
Lakin bir sıra ali təhsil müəssisələrində isə qəbul faizi tam ödənilmir. Qəbul planı tətbiq edilən zaman maksimal qəbul həddi müəyyənləşmədiyindən belə müəssisələrdə rəqabət mühiti yaranmır. Ödənişli təhsil üzrə qəbul planının ləğv olunması nəticəsində ali təhsil müəssisəsi imkanlarını - maddi texniki bazasını və elmi-pedaqoji kadr potensialını nəzərə alaraq, tələbə qəbul edə biləcək. Bu da o zaman baş verir ki, ödənişli qəbulla bağlı qoyulmuş plan sayı aradan qaldırılır.


10 il əvvəl