• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 16-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində uşaq və gənclərin əl işlərinin Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin 3 sentyabr 2013-cü il tarixli, 797 nömrəli əmri ilə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə keçirilmiş müsabiqədə uşaq yaradıcılıq mərkəzlərinin 6-18 yaşlı dərnək üzvləri iştirak ediblər.
Dekorativ tətbiqi sənət (tikmə, milli tikmə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm, aplikasiya, kağızdan bədii konstruksiya-oriqami, metal üzərində oyma, muncuqla işləmə), dizayn (biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin interyeri, məhsul nişanı) və floristika-nəbatat aləmi (müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ekibana, kompozisiya hazırlanması) nominasiyaları üzrə təşkil edilmiş müsabiqənin rayon-şəhər mərhələsində hər yaradıcılıq növündə I və II yerə layiq görülmüş əl işləri respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqəyə təqdim olunmuş 800-dən çox əl işindən 556-sı T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilib.
Respublika mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qaliblərin mükafatlandırılması mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, uşaq yaradıcılıq mərkəzlərinin direktorları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


10 il əvvəl