• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 13-də 132-134 saylı təhsil kompleksində Təhsil Nazirliyi və “Samsung Electronics” şirkətinin dəstəyi ilə «Samsung Smart School» proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinifin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəsi xanım Kim İn-suk, “Samsung Electronics” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan iştirak ediblər.
Qeyd edək ki, 132-134 saylı təhsil kompleksində yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printerlə təchiz olunub.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından Koreya hökumətinə, Koreyanın Azərbaycandakı Səfirliyinə və “Samsung Electronics” şirkətinə təşəkkür edib. Elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılmasını yüksək dəyərləndirən nazir müavini korporativ sosial məsuliyyətə xüsusi önəm verən “Samsung Electronics” şirkətinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib.
C.Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir.
Ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmiş pedaqoji kadrların sayının ölkə üzrə 100 000 nəfərdən çox olduğunu söyləyən nazir müavini bildirib ki, təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun inkişaf etdirilməsi prioritet məsələlərindəndir. Bu baxımdan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və “Samsung Electronics” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan «Samsung Smart School» proqramının əhəmiyyətindən söhbət açıb, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıqlarını bildiriblər.


10 il əvvəl