• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.

Səfərin məqsədi İstanbulda YUNİSEF və Türkiyə hökuməti tərəfindən təşkil olunmuş “Bütün uşaqların keyfiyyətli təhsilə cəlb olunması” mövzusunda təhsil nazirlərinin regional konfransında iştirak etməkdən ibarətdir.
Nazir müavini konfrans çərçivəsində “Yeniyetmələr, bərabərlik və təhsil” mövzusunda keçirilmiş işgüzar iclasda məruzə ilə çıxış edib.
C.Bayramov Azərbaycanda həyata keçirilən təhsil islahatları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və uşaqların təhsilə cəlb edilməsi sahəsində atılan addımlarla bağlı konfrans iştirakçılarına geniş məlumat verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində minlərlə azərbaycanlı uşağın keyfiyyətli təhsildən kənarda qaldığını nəzərə çatdıran nazir müavini bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlərin uğurlu nəticələrindən söhbət açıb.
Tədbirin ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.


10 il əvvəl