SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Yubiley mərasimində AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, dövlət rəsmiləri, millət vəkilləri, elm adamları və mərhum akademikin ailə üzvləri iştirak ediblər.
İlk öncə mərasim iştirakçıları Fəxri xiyabanda mərhum akademikin məzarı önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıblar.
Sonra AMEA-nın əsas binasında görkəmli akademikin həyat və yaradıcılığını əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisinə baxış keçirilib.
AMEA-nın prezidenti Akif Əlizadə giriş sözü ilə çıxış edərək tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, əməkdar elm xadimi, akademik M.Mirqasımovun şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev akademik M.Mirqasımovun tibb elminin inkişafı sahəsindəki xidmətlərindən bəhs edib.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarının salamlayıb. Nazir qeyd edib ki, AMEA-nın ilk prezidenti, ilk azərbaycanlı alim-cərrah və əməkdar elm xadimi Mirəsədulla Mirqasımovun yubiley tədbiri ölkəmizin elm-təhsil tarixinin ən əlamətdar hadisələrindən biridir.
Təhsil naziri bu günün həm də digər əlamətdar təqvimlə üst-üst düşdüyünü bildirib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 10 il bundan əvvəl Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində «Qara qızılı insan qızılına çevirək» tezisini səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi. Bu, həm də təhsil və elmin qarşısında qoyulan yeni çağırışlar idi.
Nazir M.Mirqasımovun həyatının mill-mənəvi-əxlaqi dəyərlərlə ümümbəşəri idealların vəhdətinə həsr olunduğunu nəzərə çatdıraraq deyib: “XX əsr Azərbaycan milli intibahının inkişaf xətti idi. Milli intibahın şəxsiyyət qalereyasında – Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, Heydər Hüseynov, Mirzə İbrahimov, Mirəli Qaşqay kimi insanlar var idi. Bu insanlar həm də Azərbaycanın milli simvollarından biri olan Elmlər Akademiyasının yaradıcıları idi.
Akademikin həm də böyük müəllim olduğunu vurğulayan təhsil naziri onun 1919-cu ildə yaradılan Azərbaycanın ilk universitetinin həm tələbəsi, həm də ilk elmlər doktorlarından biri olduğunu söyləyib.
Nazir bildirib ki, bu gün dünyada baş verən qlobal transformasiyalara təhsil və elmin birgə əməkdaşlığı fonunda hazır olmalıyıq. Bu əməkdaşlığı bizə akademik Mirqasımov kimi elm-təhsil fədailəri miras qoyublar. Bu gün biliklər cəmiyyətinin qurulması Azərbaycan təhsili və elminin əsas hədəflərindən biridir. Bu hədəflər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əks olunub. Biz düşünürük ki, ali təhsil müəssisələrinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsi təhsil və elmin vəhdətinə xidmət edəcək.
Təhsil naziri deyib ki, biz Azərbaycan təhsili və elminin şərəfli tarixinə nəzər yetirərək gələcəyə baxırıq. Azərbaycan tarixində bir çox ilklərin müəllifi olan akademik M.Mirqasımov həm də Azərbaycanın ilk ixtisaslı müəllimlərindən idi. Bu ad isə ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, dünyada ən uca addır. Onun atası da müəllim olub, özü də müəllim idi, övladları da müəllimdir.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov böyük alimin elmi fəaliyyəti və yüksək təşkilatçılıq keyfiyyətləri barədə söhbət açıb.
Akademiklər İsmayıl İbrahimov, Böyükkişi Ağayev və Vasim Məmmədəliyev M.Mirqasımovla bağlı xatirələrini danışıb, onun yüksək insani keyfiyyətlərindən bəhs ediblər.
Tədbirin sonunda akademik M.Mirqasımovun oğlu professor Oqtay Mirqasımov yubiley mərasiminin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadığı binada yeni xatirə lövhəsinin açılışı olub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl