• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 18-də 4 nömrəli Bakı Peşə Liseyində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi istifadəyə verilmişdir.

Təhsil Nazirliyi və Belarus Respublikası Hökumətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində istifadəyə verilmiş Resurs Mərkəzi gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması səviyyəsinin yüksəldilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması məqsədlərinə xidmət edir.
Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini yerinə yetirmişdir. Mərkəzdə tikinti sahəsi, xüsusən qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır. Bundan əlavə, Belarus Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunmuşdur.
Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə xidmət edir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması planlaşdırılmışdır.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.


10 il əvvəl