• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərinə işçi səfər etmişdir.

Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov 8 noyabr tarixində Azərbaycan Respublikası adından çıxış etmişdir. Təhsil naziri çıxışında Azərbaycanla YUNESKO arasında inkişaf etməkdə olan əlaqələr, mövcud əməkdaşlığın gələcək inkişaf perspektivləri və bu ilin 18 iyul tarixində Azərbaycanla YUNESKO arasında imzalanmış “Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Saziş”inin ikitərəfli münasibətlərimizin genişlənməsinə böyük töhfə verdiyini qeyd etmişdir. Nazir Azərbaycan - YUNESKO əməkdaşlığının hazırkı inkişaf mərhələsinə çatmasında Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu vurğulamışdır.
Təhsil naziri Mikayıl Cabbarov Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının təhsil, elm və mədəniyyət sahəsində mənfi nəticələrə səbəb olduğunu və bu işğalın YUNESKO-nun tərəfdar çıxdığı prinsip və dəyərlərə zidd olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Səfər çərçivəsində Mikayıl Cabbarov Türkiyənin milli təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə ikitərəfli işgüzar görüşlər keçirmişdir.
Qeyd edək ki, YUNESKO Baş Konfransının 37-ci sessiyasında sözügedən təşkilatın Təhsil Komitəsində məruzəçi vəzifəsi Azərbaycan Respublikasına həvalə olunmuşdur.


10 il əvvəl