• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov mayın 31-də Bakı şəhərindəki Bağça-Məktəb-Lisey Kompleksində keçirilən "Son zəng" mərasimində iştirak etmişdir.

Müəllimlər, şagirdlər, məzunlar və onların valideynləri qarşısında çıxış edən nazir qeyd etmişdir ki, məzunlar indi böyük həyata qədəm qoyurlar. Mikayıl Cabbarov ali, orta ixtisas və ilk peşə məktəblərinə qəbul imtahanlarında abituriyentlərə uğurlar və inkişaf üçün yorulmaq bilmədən səy göstərməyi arzu edərək bildirmişdir ki, Azərbaycan onlara ümidlə baxır.
Müasir Azərbaycanın gələcəyi üçün sağlam, vətənpərvər, yüksək təhsilli gənclərin yetişdirilməsində valideynlərin də üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çatdıran təhsil naziri məktəb-valideyn əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.
Məktəbdə təhsil üçün yaradılmış yüksək şəraitdən söz açan Mikayıl Cabbarov bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir.
Cari ildə məktəblərin buraxılış – 9-cu və 11-ci siniflərini 216 mindən çox şagird bitirəcəkdir. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edəcəkdir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.


10 il əvvəl