• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Sonra Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri Nabi Avçının birgə mətbuat konfransı keçirilmişdir.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizlə Türkiyə arasında təhsil sahəsində təşəkkül tapmış əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikirlərini bildirmişdir. Nazir Türkiyənin milli təhsil naziri Nabi Avçnın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs etmişdir.
Türkiyənin milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdən söz açan təhsil naziri Mikayıl Cabbarov müzakirələr zamanı qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparıldığı barədə məlumat vermişdir. Nazir Azərbaycanla təhsil sahəsində əlaqələrin daha da inkişafına verdiyi dəyərə görə Nabi Avçıya təşəkkürünü bildirərək qeyd etmişdir ki, xalqlarımızın doğmalığı ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafına zəmin yaradır.
Türkiyənin milli təhsil naziri Nabi Avçı səmimi qəbula görə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirmiş və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycan-Türkiyə təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikirlərini ifadə etmiş, ölkələrimiz arasında təcrübə mübadiləsi istiqamətində bir sıra əhəmiyyətli addımların atılmasının vacibliyini nəzərə çatdırmışdır.
Daha sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçı media nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar.


10 il əvvəl