SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
22-24 aprel 2013-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası ilə İSESKO arasında əməkdaşlıq proqramı çərçivəsində “Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması” mövzusu üzrə milli seminar keçirilmişdir.
Qeyd edək ki, tədbirin əsas məqsədi ali təhsil müəssisələri üçün fənn kurikulumlarının hazırlanması, təhsilin keyfiyyətinin planlaşdırılması, ali təhsil müəssisələrinin idarə olunmasında yeni tendensiyaların tətbiqi, universitetlərlə iş adamları arasında əməkdaşlıq, elmi-tədqiqat işlərinin planlaşdırılması, doktorantura təhsilində islahatlar və digər məsələlərin müzakirəsindən ibarət olmuşdur.
Seminarda Təhsil Nazirliyinin əməkdaşları və İSESKO-nun nümayəndəsi Məhəmməd Həlal iştirak etmişlər. Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın rəhbərlik etdiyi seminarda yerli mütəxəssislər və Malayziyadan gəlmiş ekspertin – Nik Ahmad Hişam İsmailin iştirakı ilə ali təhsilin müqayisəli təhlili aparılmışdır.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl