• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

14-21 aprel 2013-cü il tarixində Azərbaycanın peşə təhsili sahəsini təmsil edən nümayəndə heyəti Sloveniya və Almaniya Federativ Respublikasında təlim səfərində olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniya Federal Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin birgə həyata keçirdiyi Tvininq layihəsi çərçivəsində reallaşdırılmış təlim səfəri bu ölkələrdə peşə təhsili sistemi ilə tanışlıq, layihə çərçivəsində hazırlanmış yeni konsepsiyanın tətbiqi imkanlarının müzakirəsi məqsədi daşımışdır. Nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin peşə təhsili üzrə rəhbər işçiləri, peşə təhsili müəssisələrinin direktorları, müəllim və istehsalat təlimi ustaları təmsil olunmuşlar.
Nümayəndə heyəti səfərin ilk hissəsində Sloveniyanın mühüm kənd təsərrüfatı bölgəsi kimi tanınmış Pomurska regionundakı Rakican Biotexnika Peşə Məktəbi ilə tanış olmuşdur. Azərbaycanlı mütəxəssislərə məktəbdə tədrisin təşkili, Sloveniyada peşə təhsili sistemi, haqqında məlumat verilmişdir. Onu da nəzərə çatdıraq ki, Rakican Biotexnika Peşə Məktəbi Tvininq layihəsinin Almaniya tərəfdən tərəfdaşı olan Ansbax Peşə Tədris Mərkəzi ilə sıx əməkdaşlığa malikdir. Regional Kənd Təsərrüfatı Cəmiyyətindəki görüşdə isə bölgənin kənd təsərrüfatı strukturu haqqında məlumat verilmişdir.
Səfərin ikinci hissəsində Almaniyanın Bavariya Federal Vilayətində mövcud olan müxtəlif peşə tədris müəssisələri və təşkilatları ilə tanışlıq olmuşdur. Münhen şəhərindəki peşə təhsili sahəsi üzrə kurikulum hazırlığı, keyfiyyət menecmentinin təşkili ilə məşğul olan Məktəb Keyfiyyəti və Təhsil Tədqiqatları Dövlət İnstitutunun  direktoru Tomas Sachsenröde ilə görüş keçirilmişdir. Direktor institut və rəhbərlik etdiyi qurumun fəaliyyət sahələri, eləcə də strukturu haqqında məlumat vermişdir.
Daha sonra İnstitutun Peşə məktəbləri şöbəsinin müdiri Qeorq Renner “Peşə məktəbləri üçün kurikulumların hazırlanması” mövzusunda təqdimat etmişdir. Günün ikinci yarısında institutun direktor müavini Arnulf Zöllerin keyfiyyət menecmenti mövzusunda təqdimatı dinlənilmiş və müvafiq müzakirələr aparılmışdır.
Nümayəndə heyəti Şimalı Bavariyada kənd təsərrüfatı üzrə mühüm tədris mərkəzi olan Trisdorf Təhsil Mərkəzində də olmuşdur. Kənd təsərrüfatı sahəsində təhsilin bütün pillələri üzrə tədris imkanlarına malik olan mərkəzdə regionun peşə təhsili sistemi, Almaniyada müəllim hazırlığı, imtahanların təşkili ilə bağlı təqdimatlar dinlənilmiş və müzakirələr aparılmışdır. Azərbaycanlı mütəxəssislər, həmçinin mərkəzin nəzdində fəaliyyət göstərən xüsusi təlim mərkəzlərindəki imkanları və istehsalat təcrübəsinin təşkili vəziyyəti ilə ətraflı tanış olmuş, təcrübəçi şagirdlər və təsərrüfat rəhbəri ilə görüşmüşlər.
Səfər zamanı, həmçinin Ansbax Peşə Tədris Mərkəzi və Regensburq Peşə Tədris Mərkəzinə səfərlər olmuşdur. Regensburg Peşə Tədris Mərkəzi sosial ixtisaslar ilə yanaşı, həm də bağçılıq üzrə ixtisaslaşmış bir təhsil müəssisəsidir.
Səfərin zamanı Almaniyadan olan ekspertlər Azərbaycan nümayəndə heyəti arasında müvafiq təhsil konsepsiyasının pilot məktəblərdə tətbiqi yolları və imkanları, müəllim hazırlığı, ixtisasartırma kurslarının təşkili məsələləri haqqında müzakirələr aparılmış və bəzi konkret təkliflər irəli sürülmüşdür.


10 il əvvəl