SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) nazirliyin saytının “Elektron xidmətlər” bölməsinə daxil edilib.
Qeyd edək ki, yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası 1997-ci ilin aprelindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl