SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 18-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə adıçəkilən nazirliklərin rəsmiləri, tanınmış alim və ziyalılar, təhsil ictimaiyyətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, dərslik müəllifləri, ekspertlər, kitabxananın əməkdaşları və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb və ümummilli lider Heydər Əliyevin təhsilə, dərsliklərin nəşrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonra çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq tədbir iştirakçılarını bu müqəddəs məkanda görməkdən məmnunluğunu bildirib. Çıxışında ulu öndər Heydər Əliyevin dərslik siyasətindən, ümummilli liderin bu sahədəki çox önəmli xidmətlərindən söz açan Misir Mərdanov bir sıra müvafiq tarixi faktları nəzərə çatdırıb.
Nazir qeyd edib ki, hələ Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1978-ci ildə dərsliklərin şagirdlərə pulsuz çatdırılması barədə qərar qəbul olunub. Müstəqilliyin ilk illərində dərsliklərin hazırlanması və şagirdlərə çatdırılması sahəsindəki çətin duruma toxunan Misir Mərdanov həmin dövrdə yaranmış ağır vəziyyətdən söhbət açıb.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra şagirdlərin dərsliklərlə təminatı məsələsinə ən prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirildiyini söyləyən təhsil naziri ilk növbədə məcburi köçkün və qaçqın uşaqlarının, sonrakı illərdə isə mərhələlərlə bütün şagirdlərin dərsliklərlə pulsuz təmin olunduğunu nəzərə çatdırıb. Nazir Azərbaycanın MDB məkanında şagirdləri dərsliklərlə pulsuz təmin edən ilk ölkə olduğunu vurğulayıb.
Daha sonra təhsil naziri ölkəmizdə dərsliklərin, əlavə oxu vəsaitlərinin hazırlanması istiqamətində həyata keçirilmiş davamlı tədbirlərdən və mühüm layihələrdən bəhs edib. Misir Mərdanov bildirib ki, bütün bu nailiyyətlərə zəmin yaradan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dərslik siyasəti hər zaman təhsil sahəsinə xüsusi qayğı göstərən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nazir çıxışının sonunda bu tədbirin keçirilməsinə şərait yaradan və sərginin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təhsil naziri Misir Mərdanovun təşəbbüsü ilə keçirilən bu sərginin əhəmiyyətinə toxunaraq qeyd edib ki, dərsliklər Azərbaycan xalqının gələcəyi, azərbaycanlı uşaqların hərtərəfli təhsilinin əsas mənbəyidir. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin ölkəmizə və xalqımıza misilsiz xidmətlər üzərində qurulduğunu vurğulayan mədəniyyət və turizm naziri ümummilli liderin daim təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığını nəzərə çatdırıb.
Əbülfəs Qarayev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğı nəticəsində dövlət vəsaiti hesabına kitabxanalar hər il Azərbaycan, eləcə də dünya ədəbiyyatının nümunələri ilə daha da zənginləşir. Bütün bunların ümummilli lider Heydər Əliyevin təhsilə, biliyə, dərsliyə göstərdiyi diqqətin məntiqi davamı olduğunu söyləyən nazir bildirib ki, Azərbaycan dövlətinin, xalqımızın inkişafının ana xətti olan təhsil və mədəniyyət sahələrinin tərəqqisi üçün hər kəs üzərinə düşən vəzifələri uğurla yerinə yetirməlidir.
Sonra çıxış edən Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, akademik Zərifə Əliyeva adına liseyin müəllimi Samirə Bəktaşi, 72 nömrəli məktəb-liseyin müəllimi Aydın Allahverdiyev və Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov ölkəmizdə həyata keçirilən dərslik siyasətindən, bu sahədə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər.
Daha sonra tədbir iştirakçıları 1993-2012-ci illərdə ümumi təhsil məktəbləri üçün, eləcə də ali, orta ixtisas və peşə təhsili ixtisasları üzrə çap olunmuş 1500 adda dərslik nümunələrindən ibarət sərgi ilə tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl