SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 17-də Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə 8-18 yaşlı məktəblilər arasında rayon, şəhər və respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın aviamodel, kosmik raket, avtomodel, gəmi modeli, radiotexnika növləri üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsinə 179 iş təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 45 nəfər qalib olaraq müəyyənləşdirilib.
Öncə tədbir iştirakçıları liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət modelləri yüksək qiymətləndirib, hər bir şagirdin təhsillə yanaşı maraq və istəklərinə uyğun müxtəlif idman növləri və yaradıcılıqla məşğul olmasının vacibliyini bildirib. Respublikamızın günbəgün sürətlə inkişaf etdiyini söyləyən nazir müavini bu inkişaf ahənginin qorunub saxlanması üçün hər bir sahədə yüksək ixtisaslı kadrların hazırlanmasının zəruriliyini nəzərə çatdırıb.
Son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsi və dərnək üzvlərinin sayının artmasını təqdirəlayiq hal kimi dəyərləndirən Qulu Novruzov ölkənin təhsil siyasətində yüksək ixtisaslı mühəndislərin hazırlanması işinin də prioritet məsələlərdən biri olduğunu deyib. Nazir müavini dərnək üzvlərinin hərbi texnika modellərinə daha çox maraq göstərmələrinin onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasından irəli gəldiyini söyləyib. Qalibləri və dərnək rəhbərlərini təbrik edən Qulu Novruzov iştirakçı şagirdlər arasından gələcəyin mühəndis və mütəxəssislərinin yetişəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev belə tədbirlərin keçirilməsinin şagirdlərin layiqli vətəndaş kimi yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İntiqam Babayev müsabiqədə nümayiş olunan modelləri hazırlayan şagirdlərin gələcəkdə dünya miqyasında tanınmış bir ixtiraçı və ya alim kimi yetişəcəklərinə əminliyini ifadə edib. O, qalibləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri Şahvələd Əliyev şagirdlərin əl işlərində müşahidə edilən hərbi vətənpərvərlik ruhunu yüksək qiymətləndirib. Müsabiqənin əhəmiyyətindən danışan şura sədri belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib.
Daha sonra müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl