• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

7-14 aprel 2013-cü il tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (IATEFL) “IATEFL – 2013” konfransı keçirilib.

Britaniya Şurasının dəstəyi ilə keçirilən konfransda bu təşkilatın ingilis dili və imtahanlar şöbəsinin direktoru Mark Robson, Avropa regionu üzrə ingilis dili proqramlarının direktoru Eylid Hamilton, marketinq və ictimaiyyətlə əlaqə üzrə direktoru Kleyr Sirs, ingilis dili proqramlarının meneceri Maya Mandekic iştirak ediblər.
Konfransda ölkəmizi Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təmsil edib.  Konfransa 100 ölkədən 2500-dən artıq nümayəndə qatılıb, 70 min nəfər isə tədbiri onlayn izləyib. Konfrans çərçivəsində 500 təqdimat və sessiya keçirilib.
Qeyd edək ki, IATEFL 1967-ci ildə Böyük Britaniyada xeyriyyə təşkilatı kimi yaradılıb.  4 mindən artıq üzvü olan təşkilatın əsas məqsədi bütün dünyada ingilis dilinin tədrisinə və ingilis dili müəllimlərinin inkişafına dəstək verməkdir. 100-dən çox ölkənin ingilis dili müəllimləri assosiasiyaları, o cümlədən AzETA da IATEFL təşkilatının üzvüdür.
Konfransı IATEFL təşkilatının prezidenti Erik Baber açıb. İlk plenar iclasda linqvistika üzrə mütəxəssis David Kristalın təqdimatı dinlənilib.
Sonra ingilis dilinin tədrisi və öyrənilməsi ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.
İkinci plenar iclasda müəllim motivasiyasının inkişafı, ilkin müəllim hazırlığı, xarici dil təlimində humanistləşdirmə, animasiya vasitəsilə kiçik yaşlı uşaqlara ingilis dilinin tədrisi,  müəllimlərin ixtisasının onlayn artırılması və digər məsələlər müzakirəyə təqdim edilib.
Üçüncü plenar iclasda akademik idarəetmə üçün müəllimə tövsiyələr, akademik tədqiqatın planlaşdırılması, dil vərdişlərinin inteqrasiyası, yuxarı siniflərdə dilin tədrisində smart lövhədən istifadə və başqa mövzular üzrə müzakirələrə yer verilib.
Dördüncü plenar iclasda isə kreativ pedaqogika və dil təlimi, dil öyrənilməsində kompüter oyunlarından istifadə, vizual nitq texnologiyalarından istifadə etməklə təqdimat qabiliyyətinin inkişafı və bir sıra başqa məsələlər müzakirəyə çıxarılıb.
Plenar iclaslarda müzakirə olunan məsələlər üzrə Azərbaycan təcrübəsi də konfrans iştirakçılarının nəzərinə çatdırılıb. Son illərdə ölkəmizdə ingilis dilinin tədrisi, yeni kurikulumların, qiymətləndirmə sisteminin, dərsliklərin tətbiqi sahəsində əldə olunmuş təcrübə maraqla qarşılanıb. Eyni zamanda 20 məktəbdə ingilis dilinin intensiv tədrisi, əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasına imkan verən yeni ixtisasartırma sisteminə keçid sahəsində Azərbaycanda əldə olunmuş nəticələr də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans zamanı Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov  ilə Britaniya Şurasının və IATEFL təşkilatının rəhbərliyi arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Onu da qeyd edək ki, konfrans çərçivəsində təşkil olunmuş təhsil sərgilərinə universitetlər, kolleclər, dil kursları və digər təhsil qurumları olmaqla 60-dək müəssisə və təşkilat qatılıb.
Konfransda Azərbaycanla IATEFL təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə ingilis dilinin tədrisi sahəsində təşkilatın təcrübəsindən səmərəli istifadə üzrə Britaniya Şurası ilə birgə tədbirlərin müəyyənləşdirilməsi istiqamətində irəli sürülmüş təkliflərin nəzərə alınması məqsədəmüvafiq hesab edilib.


10 il əvvəl